...

Egey dənizində növbəti dəfə zəlzələ baş verib

Hadisə Materials 12 Yanvar 2013 12:13 (UTC +04:00)
Bu gün Egey dənizinin Türkiyə sektorunda Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ baş verib.
Egey dənizində növbəti dəfə zəlzələ baş verib

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir A.Tağıyeva/

Bu gün Egey dənizinin Türkiyə sektorunda Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend "CNN Turk" telekanalına istinadən məlumat verir.

Xatırladaq ki, ötən cümə axşamı və cümə günü elə həmin regionda Rixter cədvəli üzrə müvafiq olaraq 4,6 və 4,2 bal gücündə zəlzələ baş vermişdi.

Qeyd edək ki, Türkiyə seysmik cəhətdən aktiv zonada yerləşdiyi üçün burada tez-tez insan tələfatına səbəb olan zəlzələlər baş verir.

Xəbər lenti

Xəbər lenti