...

Bakıda yaşayış binasında baş vermiş yanğın zamanı 20 nəfər təxliyyə olundu

Hadisə Materials 14 Yanvar 2013 11:26 (UTC +04:00)
Bakıda beşmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı 20 nəfər təxliyyə olunub.
Bakıda yaşayış binasında baş vermiş yanğın zamanı 20 nəfər təxliyyə olundu

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda beşmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı 20 nəfər təxliyyə olunub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakının Səbail rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan üçotaqlı mənzildə bacanın ətrafı (tavan) 15 kv.m sahədə, 3-cü mərtəbəsində digər vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan üçotaqlı mənzilin döşəməsi 8 kv.m və arakəsmə divarı 2 kv.m sahədə (ümumi 25 kv.m) yanıb. Binanın mərtəbələrarası örtük, arakəsmə divarları və dam örtüyü taxta konstruksiyalardan ibarətdir.

Yanğın zamanı 20 nəfər bina sakini, o cümlədən yataq xəstəsi olan 1 nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzillərin qalan hissəsini və bitişik mənzilləri yanğından mühafizə etmək mümkün olub. Yanğın saat 08:25-də yanğınsöndürənlər tərəfindən tam söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti