Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İzzət/
Bakının Binəqədi rayonunda mobil telefon oğurluğu ilə məşğul olan cinayətkar dəstə yaxalanıb.
Bakı şəhər Baş Poils İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 19-u 2012-ci ildə Bakı şəhər sakini Tofiq Osmanova məxsus C.Xəndan küçəsində yerləşən telefon mağazasından qapının dəmir barmaqlıqlarını sındırma yolu ilə 2000 manat dəyərində müxtəlif markalı telefonlar və bu il yanvarın 9-na keçən gecə Bakı şəhər sakini Tofiq Osmanova məxsus H.Hüseynov küçəsində yerləşən mağazadan şüşəni sındırma yolu ilə 25 ədəd mobil telefon oğurlanıb.
DİN KTİ və Binəqədi RPİ 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Elvin Ənnağıyev, Naməddin Cabbarlı və Masallı rayon sakini Elvir Qafarov yanvarın 18-də yaxalanıblar. Oğurluğda şübhəli bilənən digər şəxslər - Mingəçevir şəhər sakini Emil Abdullayev və Bərdə rayonu sakini İlkin Quliyev yanvarın 23-də tutulublar.