...

Göygöldə narkotik vasitə aludəçisi saxlanılıb

Hadisə Materials 27 Yanvar 2013 17:52 (UTC +04:00)
Trend-in Kəpəz TV-yə istinadən məlumat verdiyi görə, Göygöl polisi narkotik vasitə sayılan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edən şəhər sakinini saxlayıb.
Göygöldə narkotik vasitə aludəçisi saxlanılıb

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

Trend-in Kəpəz TV-yə istinadən məlumat verdiyi görə, Göygöl polisi narkotik vasitə sayılan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edən şəhər sakinini saxlayıb.

Araşdırma zamanı məlum olub ki, 37 yaşlı Vüqar Vəliyev narkotik istifadəçisi olmaqla yanaşı həm də bu sahədən gəlir əldə etmək məqsədi ilə satmaq istəyib. Ancaq polislərin müdaxiləsi ona bu istəyini həyata keçirməyə imkan verməyib.

Göygöl rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən gün Göygöl rayon Səməd Vurğun küçəsi mənzil 24-də yaşayan Vəliyev Vüqar Tarix oğlu saxlanılıb. Baxış keçirilən zaman şübhəli şəxsin üzərindən 211 qram çəkisi olan qurudulmuş marixuana aşkar edilərək, götürülüb. Göygöl rayon polis şöbəsinin baş əməliyyat müvəkkili Fərhad İsmayılovun bildirdiyinə görə, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü, yəni narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, gəzdirmə, satma, istifadə etmə maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Göygöl rayon polis şöbəsinin baş əməliyyat müvəkkili Fərhad İsmayılov: "26 yanvar 2013-cü il tarixində tərəfimizdən keçirilən əməliyyat tədbirləri nəticəsində Göygöl rayon sakini Səməd Vurğun 24-də yaşayan Vəliyev Vüqar Tarix oğlu tərəfimizdən yaxalanmışdır. Onun üstünə baxış keçirilən zaman üzərindən 15 qram marixiuana aşkar edilərək götürülmüşdür. İlkin ifadəsinə görə o, bu narkotikdən istifadə etməklə yanaşı satışı ilə də məşğul olur. Hazırda istintaq aparılır. Saxlanılan şəxsin marixuananı hansı yollarla və kimdən əldə etməsi araşdırılır. Azərbaycan Respublikasının cinayət məcəlləsinin 234-cü maddəsinin birinci bəndi ilə cinayət işi
qaldırılıb".

Sözügedən maddə ilə Vəliyev Vüqar Tahir oğlunu 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə gözləyir. Saxlanılan şəxs dindirilərkən ifadəsində göstərib ki, o, bir müddətdir mütamadi olaraq çəkmə yolu ilə narkotik vasitə olan marixuanadan istifadə edir. Narkotik vasitəni isə çayının kənarından yığdığını bildirib.

Hazırda saxlanılan şəxsin marixuananı nə vaxt və hansı mənbədən əldə etdiyi və satışını həyata keçirməsi ilə bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti