...

Bakıda iki piyadanı avtomobil vurub

Hadisə Materials 30 Yanvar 2013 09:53 (UTC +04:00)
Binəqədi rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, ötən gün Əhmədov Ramiz Məmməd oğlu idarə etdiyi "Otoyol" markalı avtobusla piyada Zahidova Vəfa Arif qızını vurub.
Bakıda iki piyadanı avtomobil vurub

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir E.Mehdiyev/

Bakıda iki piyadanı avtomobil vurub.

Binəqədi rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, ötən gün Əhmədov Ramiz Məmməd oğlu idarə etdiyi "Otoyol" markalı avtobusla piyada Zahidova Vəfa Arif qızını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, lakin aldığı xəsarətlərdən orada dünyasını dəyişib.

Piyadanın ölümü ilə nəticələnən digər yol-nəqliyyat hadisəsi isə Xətai rayonunda qeydə alınıb. Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Xanbabayev Elnur Şahbala oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomaşınla piyada İsmayılov Cəbrayıl Firudin oğlunu vurub.

Vurulmuş piyada xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti