Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir İ.İzzət/
Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmətin və 7 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Fevralın 14-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1959-cu il təvəllüdlü, Cinayət Məcəlləsinin 180.2.2; 234.1; 66.3; 67.1 maddələri ilə təqsirli bilinərək 7 il 10 ay 5 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vaqif Mirzə oğlu Babayevə vətəndaş Ofik Zeynal qızı Babayeva və vətəndaş Aydın Xıdır oğlu Əliyevin gətirdikləri sovqata baxış keçirilən zaman yaşıl rəngli "Şampun" qabının içərisində gizlədilmiş, 1 (bir) ədəd sellofana bükülmüş, ümumi xalis çəkisi 4,923 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.