...

Özünü dövlət qurumunun işçisi kimi təqdim edərək vətəndaşların pullarını mənimsəyən şəxs tutulub

Hadisə Materials 23 Fevral 2013 13:53 (UTC +04:00)
Sumqayıt şəhər sakini dələduzluq yolu ilə iki nəfərdən böyük məbləğdə pul alıb.
Özünü dövlət qurumunun işçisi kimi təqdim edərək vətəndaşların pullarını mənimsəyən şəxs tutulub

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İ.İzzət/

Sumqayıt şəhər sakini dələduzluq yolu ilə iki nəfərdən böyük məbləğdə pul alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhər sakini Ramil Həsənzadənin vəzifəli şəxslərin adından istifadə etməklə vətəndaşlardan böyük məbləğdə pul alaraq mənimsədiyi məlum olub.

Həsənzadə özünü Azərbaycan Respublikası Nazirlər Kabinetinin mövcud olmayan yardım məsələləri üzrə dövlət komissiyaının üzvü kimi təqdim edirmiş.

Onun dövlət yardımı ayrılacağı adı ilə Sumqayıt-Bakı yolunun kənarındakı evlərdən birində yaşayan Cəbrayıl rayon sakini Aqil Həsənovdan 17 500 manat, Binə qəsəbəsi ərazisindəki evlərdən birində yaşayan Barat Məhərrəmovdan isə 33 600 manat pul alması müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti