...

Bakının Nizami rayonunda mənzildə 75 yaşlı qadının meyiti tapılıb

Hadisə Materials 8 Mart 2013 14:31 (UTC +04:00)
Bakı şəhəri, Nizami rayonunda 1938-ci il təvəllüdlü İvanova Qalina Petrovna qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bakının Nizami rayonunda mənzildə 75 yaşlı qadının meyiti tapılıb

Azərbaycan, Bakı, 8 mart /Trend/

Bakı şəhəri, Nizami rayonunda 1938-ci il təvəllüdlü İvanova Qalina Petrovna qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən Q.İvanova hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində qadının öldüyü müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti