...

Dayı yeniyetmə bacısı qızını əli ilə boğaraq öldürüb

Hadisə Materials 15 Mart 2013 10:21 (UTC +04:00)
Abşeron rayonunda qətl hadisəsi baş verib.
Dayı yeniyetmə bacısı qızını əli ilə boğaraq öldürüb

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İzzət/

Abşeron rayonunda qətl hadisəsi baş verib.

Abşeron rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, martın 14-də axşam saat 22:00 radələrində rayonun Nübar qəsəbəsi, "At yalı" yaşayış massivində kirayə yaşadığı evdə 1985-ci il təvəllüdlü, rayon sakini Kərimov İlham Famil oğlu bacısı qızı, 1998-ci il təvəllüdlü Binəcalali Aygün Xanlar qızını əli ilə boğaraq öldürüb.

Kərimov 15 yaşlı bacısı qızını qısqanclıq zəminində qətlə yetirdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə; Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti