...

Gəncədə uşaqlar kilidli qapı arxasında köməksiz qalıblar

Hadisə Materials 18 Mart 2013 09:47 (UTC +04:00)
Gəncədə 2 uşaq bağlı qapı arxasında köməksiz qalıb.
Gəncədə uşaqlar kilidli qapı arxasında köməksiz qalıblar

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İzzət/

Gəncədə 2 uşaq bağlı qapı arxasında köməksiz qalıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, martın 18-də gecə "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonunda 2 azyaşlı uşağın giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qaldıqları barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə eyvandan mənzilə daxil olublar.

Mənzildə nəzarətsiz qalmış uşaqlar yanğınsöndürən-xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 01:40-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti