...

Tərtərdə intihar etdiyi ehtimal edilən meyitin üzərində işgəncə əlamətləri aşkar olunub

Hadisə Materials 28 Mart 2013 13:28 (UTC +04:00)
Tərtər rayonunun Qapanlı kənd sakininin ölümünün araşdırlması zamanı yeni faktlar ortaya çıxıb.
Tərtərdə intihar etdiyi ehtimal edilən meyitin üzərində işgəncə əlamətləri aşkar olunub

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İzzət/

Tərtər rayonunun Qapanlı kənd sakininin ölümünün araşdırlması zamanı yeni faktlar ortaya çıxıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu il fevralın 10-da Tərtər rayonunun Qapanlı kənd sakini Şəbnəm Dünyamalıyevanın siçan dərmanı içərək ölməsi və sonradan qohumları tərəfindən kənd qəbiristanlığında dəfn edilməsi barədə Tərtər Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı üzrə araşdırmalar zamanı mərhumun mütəmadi olaraq atası Namət və qardaşı Vasif tərəfindən işgəncələrə məruz qalmasından intihar etdiyi ehtimal olunub.

Bununla əlaqədar martın 27-də Dünyamalıyevanın meyiti eksqumasiya edilib və üzərində bıçaq xəsarətləri aşkar edilib.

İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri RPŞ tərəfindən aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti