...

Şəkidə qayınata gəlinini güllələyib

Hadisə Materials 28 Mart 2013 17:09 (UTC +04:00)
Trend "Kanal S"-ə istinadən xəbər verir ki, martın 28-i saat 11:00 radələrində Şəki rayonunun Baş Göynük kəndində qətl hadisəsi baş verib.
Şəkidə qayınata gəlinini güllələyib

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İzzət/

Şəkinin Böyük Göynük kəndində qətl hadisəsi törədilib.

Trend "Kanal S"-ə istinadən xəbər verir ki, martın 28-i saat 11:00 radələrində Şəki rayonunun Baş Göynük kəndində qətl hadisəsi baş verib.

Baş Göynük kənd sakini 1933-cü il təvəllüdlü İsmayılov Hüseynəli Abdulla oğlu öz gəlini İsmayılova Azadə Məmməd qızını güllələyib. Açılan güllə gəlinin döş qəfəsinə dəyib.

Yaralı dərhal Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, mərhumun 3 uşağı var. Hadisənin qisas məqsədilə törədildiyi ehtimal olunur.

Faktla bağlı cinayət işi açılıb, Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti