Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İ.İzzət/
Qaradağ rayonunda qətl hadisəsi törədilib.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 28-də Lökbatan qəsəbəsində yaşayan Bayram Əliyev qayınatası Tofiq Həsənovu bıçaqla qətlə yetirib və qayınanası Dilbər Əşrəf qızı ilə onu yaşadıqları evin həyətində basdırıblar.
Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Əliyev və Həsənova yaxalanıblar.
Faktla bağlı cinayət işi açılıb.