...

Meyiti tapılmış Bakı sakininin qatili həbs olundu

Hadisə Materials 20 Aprel 2013 14:12 (UTC +04:00)
Ramin Cavadovu bıçaqla qətlə yetirmiş Bakı şəhər sakini Fətulla Əlimədətov tutulub.
Meyiti tapılmış Bakı sakininin qatili həbs olundu

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İ.İzzət/

Ramin Cavadovu bıçaqla qətlə yetirmiş Bakı şəhər sakini Fətulla Əlimədətov tutulub.

Trend Daxili İşlər Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, aprelin 19-da Yasamal rayonu Ə.Cavad küçəsi ev 67-nin qarşısında həmin evdə yaşayan, bıçaqla qətlə yetirilmiş Ramin Cavadovun meyiti tapılıb.

Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakini Fətulla Əlimədətov tutulub.

İlkin araşdırma Yasamal rayon Prokurorluğu tərəfindən aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti