Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İzzət/
Siyəzən rayon sakini Şabranda tikinti işləri apararkən yıxalaraq ölüb.
Trend Daxili İşlər Nazirlyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, mayın 1-də Şabran rayonunun Gəndob kəndində tikilməkdə olan soyuducu anbarda ölümlə nəticələnən hadisə baş verib.
Siyəzən rayon sakini Azər Qürbətov anbarda tikinti işləri apararkən yıxalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.