...

Suriyadakı döyüşlər zamanı ən azı 50 nəfər həlak olub

Hadisə Materials 3 May 2013 05:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend/

Suriya silahlı birləşmələrinin Banyas vilayətinin əl-Beyda kəndinə hücumu nəticəsində 50-yə yaxın şəxs həlak olub. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Məlumata görə, əl-Beydada hökumət qoşunları ilə müxalifət arasında döyüşlər cümə axşamı səhər saatlarından başlayıb.

Suriya İnsan Haqları Təşkilatı Əsəd rejiminə məxsus qüvvələrin havadan və qurudan bombaladığı kəndə girərək aralarında qadın və uşaqların da olduğu ən azı 50 nəfəri öldürdüyünü bildirib.

Kəndlə əlaqənin tamamilə kəsildiyini və ölənlərin sayının 100-ü keçə biləcəyini qeyd edən təşkilat beynəlxalq qurumları hadisəyə təcili reaksiya verməyə çağırıb.

əl-Beyda kəndindəki döyüşlər zamanı hökumət qüvvələrindən 6 hərbçi ölüb, 20-si isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti