...

DİN dəmiryolunda 2 yaşlı qızın ölümü ilə bağlı rəsmi məlumat yaydı

Hadisə Materials 13 May 2013 15:03 (UTC +04:00)
Keşlə qəsəbəsi ərazisində baş vermiş qəza zamanı 2 yaşlı qız ölüb.
DİN dəmiryolunda 2 yaşlı qızın ölümü ilə bağlı rəsmi məlumat yaydı

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İzzət/

Keşlə qəsəbəsi ərazisində baş vermiş qəza zamanı 2 yaşlı qız ölüb.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, mayın 12-də saat 17.55 radələrində Keşlə qəsəbəsi ərazisində hərəkətdə olan Gəncə-Bakı ekspress sərnişin qatarı dəmir yolu xəttinin üzərində dayanmış Bakı şəhər sakini, azyaşlı Yasubə Məmmədovanı vurub.

Nəticədə Yasubə Məmmədova hadisə yerində ölüb.

Qeyd edək ki, Yasubənin cəmi 2 yaşı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti