Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/
Maştaga qəsəbə sakini, azyaşlı Sənan Əliyev su kanalına yıxılaraq boğulub.
Trend Daxili İşlər Nazirlyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, mayın 18-də Sabunçu rayonu Maştaga qəsəbənin ərazisində qəsəbə sakini, azyaşlı Sənan Əliyev "Abşeron" su kanalına yıxılaraq boğulub.
Uşağın meyiti artıq sudan çıxarılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.