...

Bakıda yol hərəkətində "qaydasız zərbə" (VİDEO)

Hadisə Materials 23 May 2013 15:25 (UTC +04:00)
Trend xəbər verir ki, Bakıda şəhərin ara məhəllərinin birində yolayrıcında iki avtomobil toqquşub. "Toyota Prado" markalı yolsuzluq avtomobili (cip) yolda hərəkətdə olarkən sağdan gələn furqon tipli minik avtomobili ilə toqquşub.
Bakıda yol hərəkətində "qaydasız zərbə" (VİDEO)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İzzət/

Bakıda iki avtomobil toqquşdu, biri aşmaq təhlükəsindən son anda qurtuldu.

Trend xəbər verir ki, Bakıda şəhərin ara məhəllərinin birində yolayrıcında iki avtomobil toqquşub. "Toyota Prado" markalı avtomobil yolda hərəkətdə olarkən sağdan gələn furqon tipli minik avtomobili ilə toqquşub.

Qəza zamanı "Toyota Prado" avtomobili "iki təkər üstə qalxıb", lakin aşmaq təhlükəsindən sonra anda qurtula bilib. Buna baxmayaraq, cip dəyən zərbənin təsirindən hərəkətin əks istiqamətində 180 dərəcə dönərək dayanıb.

Trend oxuculara həmin qəzanın videogörüntüsünü təqdim edir.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti