Azərbaycan, Bakı, 26 may /Trend/
Bakıda istirahət mərkəzində yanğın olub.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda "Zəngəzur" istehsalat kommersiya firmasına məxsus hər mərtəbəsi 3200 kv.m olan ikimərtəbəli istirahət sağlamlıq mərkəzinin 1-ci mərtəbəsində yerləşən saunanın yanar konstruksiyaları 8 kv.m sahədə, soyunub- geyinmə otağının taxta üzlüyü 20 kv.m sahədə və lambirdən ibarət tavan 4 kv.m sahədə (ümumi 32 kv.m sahədə) yanıb.
İstirahət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.