Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İzzət/
Nizami rayonunda avtobusun vurduğu piyada xəstəxanada ölüb.
Nizami Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, mayın 27-da "Daewoo Nexia" markalı avtobusun sürücüsü 1946-cı il təvəllüdlü İsmayılov Sərtiq Cabbar oğlu "Monte Karlo" şadlıq sarayının qarşısında piyada 1961-ci il təvəllüdlü Rafiq Ələkbərovu vurub.
Ələkbərov mayın 29-da yerləşdirildiyi xəstəxanada ölüb.
Faktla bağlı araşdırma Nizami Rayon Prokurorluğu tərəfindən aparılır.