...

Azərbaycanda intensiv yağışların törətdiyi fəsadlarla bağlı rəsmi məlumat yayıldı

Hadisə Materials 30 May 2013 12:13 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) intensiv yağışların bölgələrdə yaratdığı problemlərlə bağlı məlumat yayıb.
Azərbaycanda intensiv yağışların törətdiyi fəsadlarla bağlı rəsmi məlumat yayıldı

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İzzət/

Fövqəladə Hallar Nazirliyi (FHN) intensiv yağışların bölgələrdə yaratdığı problemlərlə bağlı məlumat yayıb.

Trend FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, respublikanın bəzi şəhər və rayonlarında, o cümlədən İsmayıllı, Ağsu və Göyçayda yağış yağıb. Yağıntılar nəticəsində İsmayıllı rayonunun mərkəzində bəzi ərazilər yağış suları ilə dolub. Həmin ərazilərin yağış sularından təmizlənməsi üçün əraziyə FHN-in müvafiq qüvvələri cəlb edilib.

Hazırda Dövlət Yanğından Mühafizə Xidməti və Şimal-qərb Regional Mərkəzi tərəfindən suçəkmə işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti