...

Nümayişçilər İzmitdə Türkiyənin hakim partiyasının binasını ələ keçirməyə cəhd ediblər

Hadisə Materials 1 İyun 2013 10:09 (UTC +04:00)
İyunun 1-də səhər saatlarında Türkiyənin İzmit vilayətində bir qrup nümayişçi ölkənin hakim partiyasının binasını ələ keçirməyə cəhd edib.
Nümayişçilər İzmitdə Türkiyənin hakim partiyasının binasını ələ keçirməyə cəhd ediblər

Azərbaycan, Bakı, 1 iyun/Trend, müxbir R. Hafizoğlu/

İyunun 1-də səhər saatlarında Türkiyənin İzmit vilayətində bir qrup nümayişçi ölkənin hakim partiyasının binasını ələ keçirməyə cəhd edib. Bu barədə Trend şənbə günü "HABER 7" telekanalına istinadən məlumat verir.

Məlumata görə, yerli polis nümayişçiləri qovub.

Türkiyənin müxtəlif şəhərlərində İstanbulun Taksim meydanındakı Gezi parkındakı nümayişçilərə dəstək olaraq etiraz aksiyaları keçirilir. Türkiyə KİV-in məlumatına görə, hazırda Gezi parkında gərginlik davam edir.

Gezi parkının dağıdılmasına etiraz edənlər İstiqlal küçəsində barrikadalar qurublar və polis əməkdaşlarına daş atırlar. Polis etirazçılara qarşı gözyşaradıcı qaz və su şırnaqlarından istifadə etməyə davam edir.

İstanbul valisi Hüseyn Avni Mutlu hadisə nəticəsində 12 nəfərin yaralandığını, 63 nəfərin saxlandığını bildirib.

İstanbul 6-cı İnzibati Məhkəməsi Taksim meydanında "Topçu Kışlası" ticarət mərkəzinin tikintisinin dayandırılması barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti