...

Şamaxıda torpaq uçqunu baş verib

Hadisə Materials 7 İyun 2013 13:18 (UTC +04:00)
Şamaxı rayonunda torpaq uçqunu baş verib.
Şamaxıda torpaq uçqunu baş verib

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir İ.İsabalayeva/

Şamaxı rayonunda torpaq uçqunu baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Sabir qəsəbəsi, Pirsaat çayı kənarından vətəndaş keçərkən torpaq uçqunu olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş torpaq uçqunu altında qalıb və xəsarət alıb. Zərərçəkən yanğınsöndürən-xilasedicilər tərəfindən qazılaraq çıxarılıb və Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti