...

Sabirabadda avtomobillərə qənim kəsilən şəxs saxlanılıb

Hadisə Materials 10 İyun 2013 15:59 (UTC +04:00)
Trend Cənub TV-yə istinadən məlumat verir ki, saxlanılan şəxs müxtəlif vaxtlarda xeyli sayda avtomobildən oğurluq etməkdə təqsirləndirilir.
Sabirabadda avtomobillərə qənim kəsilən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Sabirabad polisi avtomobillərə qənim kəsilən rayon sakinini yaxalamağa müvəffəq olub.

Trend Cənub TV-yə istinadən məlumat verir ki, saxlanılan şəxs müxtəlif vaxtlarda xeyli sayda avtomobildən oğurluq etməkdə təqsirləndirilir.

Sabirabad rayonu Heydər Əliyev prospekti, 2 ünvanında yaşayan Məmmədov Etibar Qasım oğlu Sabirabad Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs ona məxsus maşından 60 manat pul və şəxsi əşyalarını oğurlayıb. Rayon Polis Şöbəsi əməkdaşlarının apardığı əməliyyat istintaq tədbirləri nəticəsində məlum olub ki, rayon ərazisində müxtəlif vaxtlarda avtomobillərə qənim kəsilən şəxs Sabirabad rayon sakini Hüseynov Əli Mikayıl oğludur. 11 maşını qarət edən Əli Hüseynov oğurluq etməsinin səbəbini maddi imkansızlığa bağlayır.

Şöbənin məlumatına görə, dırnaqarası qəhrəman Əli Hüseynovu törətdiyi əmələ görə 3 ildən 7 ilədək həbs gözləyir. Hazırda faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti