Azərbaycan, Bakı, 2 iyul /Trend/
"Şəmkir" SES-in ərazisində yanğın qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Şəmkir rayonu, Kür qəsəbəsində "Şəmkir" Su Elektrik Stansiyasının (SES) ərazisində yerləşən 1-ci platinasında su nasosunun sarğıları yanıb.
Ərazidə yerləşən digər nasos və qurğular yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.