...

Azərbaycan gömrükçüləri İran vətəndaşının üstündə narkotik maddə aşkar ediblər

Hadisə Materials 2 İyul 2013 14:39 (UTC +04:00)
İrandan Azərbaycana narkotik maddə gətirilməsinin qarşısı alınıb.
Azərbaycan gömrükçüləri İran vətəndaşının üstündə narkotik maddə aşkar ediblər

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İ.İzzət/

İrandan Azərbaycana narkotik maddə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Fəthi Zəncirbulaği Murtəza Orucəli oğlu gömrük nəzarətindən keçərkən ona məxsus idman çantasına baxış keçirilib.

Baxış zamanı oradan gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd plastmas qabda 15 ml həcmində metadon məhlulu aşkar olunaraq götürülüb.

Xatırladaq ki, metadon məhlulu "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 15 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,015 qram təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti