...

Bakıda 26 nəfəri gün vurub

Hadisə Materials 22 İyul 2013 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İsabalayeva/

Yay mövsümü başlayandan Bakıda 26 nəfər günvurma diaqnozu ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.

Stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyev Trend-ə bildirib ki, onların 11-i xəstəxanaya yerləşdirilib.

Aprelin sonundan indiyədək Bakıda 47 nəfəri müxtəlif həşərat sancıb. Onların 27-si xəstəxanaya yerləşdirilib.

Həmin müddətdə Bakıda 14 nəfər ilan sancmaları ilə əlaqədar Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib. Onların 13-ü xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti