Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İzzət/
Abşeron rayon sakini kanala düşərək boğulub.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 21-də Füzuli rayonunun Araytılı kəndi ərazisində Abşeron rayon sakini Mehi Məmmədova Baş Mil su kanalında əllərini yuyarkən ehtiyatsızlığı nəticəsində kanala düşərək boğulub.
Hələ ki, Həsənovanın meyitini tapıb sudan çıxarmaq mümkün olmayıb. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.