...

Siyəzəndə avtomobil 12 yaşlı oğlanı vurdu

Hadisə Materials 26 İyul 2013 01:54 (UTC +04:00)
Siyəzən rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Siyəzəndə avtomobil 12 yaşlı oğlanı vurdu

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Siyəzən rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend Regional TV-yə istinadən məlumat verir ki, 2001-ci il təvəllüdlü Siyəzən şəhər sakini Azər Sədullayev avtomobil tərəfindən vurulub. O, dərhal Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Yaralıya baş beyinin əzilməsi, qarının küt travması, yuxarı və aşağı ətrafların əzilməsi diaqnozu qoyulub.

Xəstənin vəziyyəti ağır olduğundan o, ilkin yardımdan sonra paytaxtdakı tibb müəssisələrindən birinə aparılıb.

Xəbər lenti

Xəbər lenti