...

Suriyadan atılan mərminin partlaması nəticəsində 3 Türkiyə vətəndaşı yaralanıb

Hadisə Materials 26 İyul 2013 23:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Suriya tərəfindən atılan artilleriya mərmisi sərhədi keçərək Türkiyənin Şanlıurfa vilayətinin Ceylanpınar rayonunda əkin sahəsinə düşüb. Trend "Doğan" agentliyinə istinadən məlumat verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.

Məlumata görə, mərminin partlaması nəticəsində xəsarət alaraq xəstəxanaya aparılan yaralılardan birinin vəziyyəti ağırdır.

Qeyd edək ki, Suriyanın Rəsulayn bölgəsində qarşıdurmalar daha da şiddətlənib. Atışma səsləri hətta Ceylanpınarda eşidilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti