...

Gürcüstanın qərbində daşqınla əlaqədar insanlar təxliyə olunur

Hadisə Materials 29 İyul 2013 23:28 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 iyul /Trend müxbir N.Kirtsxalia/

Gürcüstanın qərbindəki Senaki şəhərinin böyük hissəsi suyun altında qalıb. Yerli hakimiyyətin bildirdiyinə görə, daşqınla əlaqədar qadınların və uşaqların təxliyəsinə başlamasına qərar qəbul edilib.

Suyun səviyyəsi Rustaveli, Çavçavadze küçələrində və Sülh Prospektində 50 santimetrə, bəzi yerlərdə isə 80 santimetrə çatıb. Onlarla evin birinci mərtəbələri və zirzəmiləri batıb, həmçinin ticarət sektoruna böyük zəzər vurulub.

Hal-hazırda Senakidə avtomobil hərəkəti iflic edilib. Şəhərin bəzi yerlərində elektrik verilişi kəsilib. Şəhərin yaxınlığında yerləşən Axalsopeli, Nosiri və Teklati kəndlərində də vəziyyət ağır olaraq qalır.

Yerli sakinlərin sözlərinə görə, son 40 il ərzində belə daşqınlar olmayıb. Senakiyə əvvəlki kimi güclü yağış yağır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti