Azərbaycan, Bakı, 29 iyul /Trend/
Bazar ertəsi İsveçrənin qərbində iki qatarın toqquşması nəticəsində ən azı 44 nəfər xəsarət alıb. Trend RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat verib.
Bazar ertəsi axşam İsveçrənin Vo kantonunun Qranj-pre-Marnan şəhərində iki qatar toqquşub. Payern və Palezye yaşayış məntəqələri arasındakı dəmiryol əlaqəsi dayandırılıb. Hadisə yerinə yanğınsöndürmə briqadası, təcili yardım avtomobili və polis gəlib.
Hadisənin digər təfərrüatları barədə hələ məlumat verilmir.