Azərbaycan, Bakı, 31 iyul /Trend/
Ağsuda ikimərtəbəli evdə yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ağsu rayonu, Ərəbuşağı kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 342 kv.m olan 2 mərtəbəli (hər mərtəbə 171 kv.m) 6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Evin 1-ci mərtəbəsi yanğından mühafizə olunub. Yanğın saat 02:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.