...

Bakı-Qazax yolunda iki avtomobil toqquşub, yaralılar var

Hadisə Materials 8 Avqust 2013 03:00 (UTC +04:00)
Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.
Bakı-Qazax yolunda iki avtomobil toqquşub, yaralılar var

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı-Qazax yolunun 105-ci kilometrliyində, Şamaxı rayonu ərazisində "VAZ" və "Volkswagen" markalı iki minik avtomobili toqquşub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Volkswagen" markalı avtomobilin sürücüsü və sərnişini xəsarət alıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış yaralıları avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xəbər lenti

Xəbər lenti