Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İ.İzzət/
Ağstafa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 3-də saat 19.20 radələrində Ağstafa rayonu Qırlı kəndinin ərazisində kənd sakini Turxan Abbasovun idarə etdiyi "VAZ-2106" markalı və Düzqışlaq kənd sakini İlqar Musayevin idarə etdiyi "VAZ-21099" markalı avtomaşınlar toqquşub.
Nəticədə xəsarət almış İlqar Musayev və sərnişinləri - qardaşı Qəmər, oğlanları Allahverdi, Eşqin və həmkəndlisi Saleh Bəxtiyarov, habelə Turxan Abbasov xəstəxanaya yerləşdiriliblər.
Həkimlərin səyinə baxmayaraq, İlqar Musayevin həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada ölüb.
Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.