Azərbaycan, Bakı, 5 sentyabr / Trend, müxbir İ.İzzət /
"Sınıq Körpü" gömrük postunda yoxlama zamanı zinət əşyaları aşkar olunub.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Türkiyə Respublikasından ölkəmizə piyada gələn Azərbaycan Respublikası vətəndaşı Səfərova Gültəkin Bahəddin qızının üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı vətəndaşın üzərindən 5 ədəd üzük, 2 cüt tana və 1 dəst tana-üzük aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.