...

İranda avtobusda baş vermiş yanğında 63 nəfər həlak olub (ƏLAVƏ OLUNUB) (FOTO-VİDEO)

Hadisə Materials 10 Sentyabr 2013 09:36 (UTC +04:00)
Tehran-Qum maqistral yolunda iki sərnişin avtobusun toqquşması nəticəsində baş vermiş yanğında ölənlərin sayı 63 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə İLNA agentliyi məlumat verir.
İranda avtobusda baş vermiş yanğında 63 nəfər həlak olub (ƏLAVƏ OLUNUB) (FOTO-VİDEO)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir T.Cəfərov/

Tehran-Qum maqistral yolunda iki sərnişin avtobusun toqquşması nəticəsində baş vermiş yanğında ölənlərin sayı 63 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə İLNA agentliyi məlumat verir.

Məlumata əsasən, yanğın nəticəsində həlak olmuş şəxslərin kimliyini müəyyənləşdirmək çətindir. Qum əyalətinin Məhkəmə Tibbi Ekspertizası qurbanların kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər gedir.

Qeyd edək ki, ötən gecə yerli vaxtla saat 22:55 radələrində İsfahandan Tehran istiqamətinə hərəkət edən avtobusda baş vermiş nasazlıq (təkərin partlaması) nəticəsində sərnişin avtobusu digər bir minik maşını ilə toqquşaraq qarşıdan gələn yola keçib və Tehrandan Kaşan şəhəri istiqamətində hərəkətdə olan digər bir avtobusla toqquşub və yanğın baş verib.

Hadisə nəticəsində ilkin məlumata görə, 43 nəfər həlak olmuş və 36 nəfər yaralanmışdı.

Hazırda faktla bağlı cinayət işi açılıb.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti