...

Bu gecə bir neçə yanğın hadisəsi baş verib

Hadisə Materials 11 Sentyabr 2013 07:47 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Neftçala rayonu, Qaraqaşlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 12 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bu gecə bir neçə yanğın hadisəsi baş verib

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Bu gecə Azərbaycanda bir neçə yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Neftçala rayonu, Qaraqaşlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 12 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Masallı rayonu, Allahyarlı kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 460 kv.m olan fermanın dam örtüyünün yanar konstruksiyaları 210 kv.m sahədə və içərisinə yığılmış 45 ton ot bağlamasının 20 tonu yanıb.

Ferma və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan qapı-pəncərə sexinin yanar konstruksiyaları 50 kv.m sahədə, içərisində 1 ədəd dəzgah və 2 ədəd qapı yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 3 kv.m olan köməkçi otaqda əşyalar yanıb.

Köməkçi otaqda olan 5 ədəd məişət qaz balonu (3 ədəd 3 litrlik, 2 ədəd 5 litrlik) yanğından mühafizə olunub. Yanğın saat 03:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaş tərəfindən idarə olunan "SHACMAN" yük avtomobili və vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilin toqquşması nəticəsində yanğın baş verib.

Yanğın nəticəsində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Diqər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 04:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti