...

Gəncədə iki həmyaşıdın mübahişəsi ölümlə nəticələnib

Hadisə Materials 16 Sentyabr 2013 09:53 (UTC +04:00)
Gəncə şəhərində bıçaqlanma hadisə baş verib, bir nəfər ölüb.
Gəncədə iki həmyaşıdın mübahişəsi ölümlə nəticələnib

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.İzzət/

Gəncə şəhərində bıçaqlanma hadisə baş verib, bir nəfər ölüb.

Gəncə Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, sentyabrın 14-də Şəmkir rayonunda anadan olmuş 1984-cü il təvəllüdlü Kərimov Vüqar Aydın oğlu 1984-cü il təvəllüdlü Həsənov Qasım Nəriman oğlunu şəxsi münaqişə zəminində bıçaqlayıb. Həsənov aldığı xəsarətdən ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti