...

Xaçmazda “Hyundai” traktora çırpılıb, sürücü xəsarət alıb

Hadisə Materials 30 Sentyabr 2013 08:23 (UTC +04:00)
Trend Regional TV-yə istinadən məlumat verir ki, Xudat-Nabran yolunun Muxtadır qəsəbəsi ərazisindən keçən hissəsində 30 yaşlı Bayram Səfərovun idarə etdiyi “Hyundai” markalı avtomobil yolun kənarında dayanan traktora çırpılıb.
Xaçmazda “Hyundai” traktora çırpılıb, sürücü xəsarət alıb

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Trend Regional TV-yə istinadən məlumat verir ki, Xudat-Nabran yolunun Muxtadır qəsəbəsi ərazisindən keçən hissəsində 30 yaşlı Bayram Səfərovun idarə etdiyi "Hyundai" markalı avtomobil yolun kənarında dayanan traktora çırpılıb.

Daha sonra isə nəqliyyat vasitəsi alışıb. Nəticədə "Hyundai"ın sürücüsü Bayram Səfərov xəsarət alaraq Xaçmaz mərkəzi rayon xəstəxanasına aparılıb.

Hadisə zamanı baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğın məhdudlaşdırılıb, digər ərazilərə keçməsinin qarşısı alınıb. Lakin avtomobilin yanar hissələri tamamilə kül olub.

Qəzaya düşən traktor Muxtadırda fəaliyyət göstərən "Dənizçi" təsərrüfatına məxsusdur.

Hadisənin yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti