...

Yunanıstanda güclü zəlzələ olub

Hadisə Materials 12 Oktyabr 2013 20:08 (UTC +04:00)
Yunanıstanın Krit adası yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib.
Yunanıstanda güclü zəlzələ olub

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Yunanıstanın Krit adası yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend Türkiyənin "Zaman" qəzetinə istinadən xəbər verir.

İlkin məlumata görə, yeraltı təkanlar nəticəsində insan tələfatı yoxdur.

Zəlzələ adadan 30 kilometr qərbdə, dənizin 47 km dərinliyində qeydə alınıb.

Xatırladaq ki, Yunanıstanda 1999-cu ildə 5,9 bal gücündə baş vermiş zəlzələ nəticəsində 143 nəfər həlak olmuşdu.

Xəbər lenti

Xəbər lenti