...

Qubada minik avtomobilləri toqquşdu: 3 yaralı

Hadisə Materials 21 Oktyabr 2013 08:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Quba rayonunun Püstəqasım kəndi ərazisində 2 minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Trend-in Regonal TV yə istınadən verdiyi məlumata görə, hadisə Quba-Qonaqkənd yolunun Quba rayonunun Püstəqasım kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Quba istiqamətində hərəkətdə olan Xaçmaz rayon sakini Seyfəddin İmamquliyevin idarə etdiyi 27 BJ 331 qeydiyyat nişanlı "Daewoo Nexia" markalı avtomobil qarşıdan gələn Quba rayonunun Alekseyevka kənd sakini Məmməd Həsənovun idarə etdiyi 40 BD 733 qeydiyyat nişanlı "Niva" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Nəticədə "Daewoo Nexia"-nın sərnişinləri, sürücünün qızı 16 yaşlı Aysel İmamquliyeva, anası 48 yaşlı Məryəm İmamquliyeva, eləcə də "Niva"nın sürücü Məmməd Həsənov müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Quba MRX-na yerləşdirilib. Xəsarət alan şəxslərin vəziyyətinin orta-stabil olduğu bildirilir.

Qəza zamanı "Daewoo Nexia"-nın sürücü Seyfəddin İmamquliyev xəsarət almayıb. "Niva"nın sürücüsü Məmməd Həsənov isə avtomobildə tək olub.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Hazırda fakt araşdırılır.

Xəbər lenti

Xəbər lenti