Azərbaycan, Bakı, 21 oktaybr /Trend/
Bakının Maştağa qəsəbəsində son aylar ərzində üç "VAZ" markalı avtomobil qaçırmış şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məluamata görə, oktyabrın 18-i saat 23:30 radələrində Maştağa qəsəbəsi B.Bağırov küçəsində qəsəbə sakini Əfqan Kərimova məxsus "VAZ-2107" markalı avtomobili qaçırılıb, oktyabrın 19-u saat 04 radələrində qəsəbə ərazisində Vaqif küçəsində saz vəziyyətdə tapıllb. Sabuncu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Mərdan Babayev tutulub.
Müəyyən edilmişdir ki, o avqustun 2-nə keçən gecə Maştağa qəsəbəsi Məmmədyarov küçəsində qəsəbə sakini Zakir Teymurova məxsus ağ rəngli "VAZ-21011" markalı və oktyabrın 12-nə keçən gecə İ.Həsənov küçəsində yaşayan Əbülfəz Əliyevə məxsus "VAZ-2107" markalı avtomobili qaçırıb.
Bakıda “VAZ” markalı avtomobillərin “qənimi” tutulub
Bakının Maştağa qəsəbəsində son aylar ərzində üç “VAZ” markalı avtomobil qaçırmış şəxs tutulub.