...

İndoneziyada zəlzələ olub: ölən və yaralananlar var

Hadisə Materials 22 Oktyabr 2013 22:03 (UTC +04:00)
İndoneziyanın qərb hissəsində 5,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir.
İndoneziyada zəlzələ olub: ölən və yaralananlar var

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

İndoneziyanın qərb hissəsində 5,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir.

İlkin məlumata görə, yeraltı təkanlar nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

ABŞ Geoloji Araşdırmalar Mərkəzi dərinliyi 48 kilometr olan zəlzələnin ocağının ölkənin Açe bölgəsindəki Reuleuet qəsəbəsindən 32 kilometr cənub-qərbdə qeydə alındığını açıqlayıb.

Hadisə nəticəsində 160 evin zərər gördüyü bildirilir.

Xəbər lenti

Xəbər lenti