...

Tərtərdə ev yanıb, ev sahibi xilas edilib

Hadisə Materials 25 Oktyabr 2013 21:04 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Tərtər rayonu, Ələsgərli kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 1 mərtəbəli 4 otaqlı kürsülü evin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb.
Tərtərdə ev yanıb, ev sahibi xilas edilib

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Tərtərdə ev yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Tərtər rayonu, Ələsgərli kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 1 mərtəbəli 4 otaqlı kürsülü evin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb.

Yanğın zamanı yataq xəstəsi olan ev sahibi yanğınsöndürənlər çatana kimi qonşular tərəfindən xilas edilib. Evin döşəməsi və çardaq hissəsi 60 kv.m sahədə və ev əşyaları yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti