...

Şamaxıda sürüşmə zonaları yenidən aktivləşib, evlərdə çatlar əmələ gəlib

Hadisə Materials 27 Oktyabr 2013 22:18 (UTC +04:00)
Trend Kanal S-ə istinadən xəbər verir ki, havaların soyuması və yağışlı olması ilə sürüşmə zonaları yenidən aktivləşib. Növbəti dəfə uçqun xəbəri Şamaxı rayonundan gəlib.
Şamaxıda sürüşmə zonaları yenidən aktivləşib, evlərdə çatlar əmələ gəlib

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Şamaxıda sürüşmə zonaları yenidən aktivləşib.

Trend Kanal S-ə istinadən xəbər verir ki, havaların soyuması və yağışlı olması ilə sürüşmə zonaları yenidən aktivləşib. Növbəti dəfə uçqun xəbəri Şamaxı rayonundan gəlib.

Muğanlı kəndində uçquna meyilli ərazilər aktivləşib. Kənddə hər gün yaşanan sürüşmə bu dəfə daha böyük fəsadlara səbəb olub. Evlərdə çatlar əmələ gəlib, bəzi evlər qəzalı vəziyyətə düşüb. Hər gün təkrarlanan sürüşmə halları sakinlərin evlərində qorxu içində yaşamasına səbəb olur.

Adıçəkilən kənddə vəziyyət heç də ürəkaçan deyil. Son 1 həftədə uçqun nəticəsində kəndin aşağı hissəsindəki evlərə ciddi ziyan dəyib. Evlərin divarları çatlayıb. Bir neçə ildir bu ərazilərdə mövcud sürüşmə zolağı var idi ki, həmin ərazilərdə də aktivlik müşahidə olunub.

Rayon rəsmiləri hazırda ərazidə sürüşmənin aktivliyindən xəbərdar olduqlarını bildirirlər.

Xəbər lenti

Xəbər lenti