...

Bakıda yanğınla nəticələnən partlayış baş verib, xəsarət alan var

Hadisə Materials 31 Oktyabr 2013 22:01 (UTC +04:00)
Bakıda yanğınla nəticələnən partlayış baş verib, xəsarət alan var.
Bakıda yanğınla nəticələnən partlayış baş verib, xəsarət alan var

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Bakıda yanğınla nəticələnən partlayış baş verib, xəsarət alan var.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzildə (mənzildə təmir işləri aparılır) yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində mənzilin dəhlizinin döşəməsi və təmirə aid olan materiallar 8 kv.m sahədə yanıb, mənzilin pəncərələri çərçivədən çıxıb.

Yanğın zamanı mənzildə usta işləyən vətəndaş əl nahiyəsindən yanıq xəsarətləri almış və təcili yardım xidməti tərəfindən Yanıq Mərkəzinə aparılıb.

Xəbər lenti

Xəbər lenti