...

Türkiyədə ağır yol qəzası baş verib

Hadisə Materials 2 Noyabr 2013 13:12 (UTC +04:00)
Türkiyənin Manisa vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Türkiyədə ağır yol qəzası baş verib

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Manisa vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, işçiləri daşıyan sərnişin avtobusu idarəetməni itirərək aşıb. Nəticədə 20 nəfər xəsarət alıb.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onların hamısı Türkiyə vətəndaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti