...

Stavropol diyarında iki avtobusun toqquşması nəticəsində üç Ukrayna vətəndaşı ölüb

Hadisə Materials 3 Noyabr 2013 19:24 (UTC +04:00)
Stavropol diyarında bazar günü avtobusun minivenlə toqquşması nəticəsində üç Ukrayna vətəndaşı həlak olub.
Stavropol diyarında iki avtobusun toqquşması nəticəsində üç Ukrayna vətəndaşı ölüb

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Stavropol diyarında bazar günü avtobusun minivenlə toqquşması nəticəsində üç Ukrayna vətəndaşı həlak olub. Trend Ria Novosti agentliyinə istinadən, bu barədə UNN Ukrayna agentliyi məlumat verir.

Bundan öncə lifenews.ru saytının məlumatına görə, guya həmin yol qəzasında Azərbaycan vətəndaşları həlak olublar.

"Sərnişin avtobusunun Ukrayna nömrəli minik avtomobili ilə toqquşması nəticəsində, üç Ukrayna vətəndaşı həlak olub. Daha bir nəfər yerli xəstəxanada ağır vəziyyətdə yerləşdirilib", - UNN xəbər verir.

Xəbər lenti

Xəbər lenti